Dünya

Boris Consonun gizli toyundan - FOTO

30 May 2021 21:27
Baxış: 1 014
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın Baş naziri Boris Consonun toy mərasimindən foto yayılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, fotonu sosial şəbəkədə Consonun həyat yoldaşı Kerri Saymonds paylaşıb.

Cütlük mayın 29-da gizli nikah mərasimi ilə ailə qurub. Onlar öz toylarını gələn yay ailə üzvləri və dostları ilə birgə keçirəcəklərini bildiriblər.

Qeyd edək ki, 56 yaşlı Consonla 33 yaşlı həyat yoldaşının sevgi münasibəti mediaya 2019-cu ildə bəlli olub. Ötən ilin aprelində cütlüyün Uilfred adlı oğlu doğulub. Saymonds 2012-ci ildə London meri seçkilərində Boris Consonun qərargahında çalışıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.