Dünya

"Peyvənd məsələsi ümidsiz bir vəziyyət yaradıb" - Ərdoğan

30 Mart 2021 15:58
Baxış: 1 981
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Peyvənd məsələsi ümidsiz bir vəziyyət yaradıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Dünyanın 100-ə yaxın ölkəsi hələ də peyvəndlə təmin olunmayıb. Bir tərəfdə demək olar ki, əhalisinin hamısı peyvənd olunmuş ölkələr olsa da, digər tərəfdə milyardlarla insanın hələ də peyvəndi əldə edə bilməməsi insanlıq üçün qorxuducudur.

Vaksinlərin ədalətli bölgüsü təmin edilmədiyi təqdirdə nə pandemiya tez bitəcək, nə də ölkələrin iqtisadiyyatları əvvəlki vəziyyətə qayıdacaq. Türkiyə yerli peyvənd çalışmalarını tamamlandıqdan sonra həmin vaksinləri əlverişli şərtlərlə bütün insanlığın istifadəsinə təqdim etməyi planlaşdırır", - Ərdoğan bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.