Dünya

Parlamentdə seks qalmaqalı: Baş prokuror və müdafiə naziri işdən çıxarılır

30 Mart 2021 08:08
Baxış: 1 776
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyanın Baş prokuroru Kristian Porter və Müdafiə naziri Linda Reynolds iki zorlama qalmaqalı fonunda istefaya gedəcəklər.

Bu barədə SBS telekanalı ölkənin Baş naziri Skott Morrisonun kadr dəyişikliyi ilə bağlı açıqlamasına istinadən xəbər yayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Baş prokuror ətrafında qalmaqal fevral ayının sonunda, 1989-cu ildə Avstraliya parlamentinin binasında orta məktəb şagirdləri üçün təhsil debatı zamanı baş verən təcavüz xəbərinin məlum olması ilə başlayıb.

O zaman 17 yaşında olan Porterin debata qatılan 16 yaşlı qıza təcavüz etdiyi bildirilib. O, ittihamları rədd edib.

Reynoldsın adı isə fevral ayında təcavüz hadisəsi ilə əlaqəli hallanıb.

Belə ki, onun ofisində Morrisonun rəhbərlik etdiyi "Liberallar Partiyası"nın üzvünün 2019-cu ilin martında bir qadın işçiyə təcavüz etdiyi məlum olub.

Nazir təcavüz barədə məlumat aldığını etiraf etsə də, hadisənin ictimaiyyətdən gizli qalması üçün nazirliyin qurbana hər hansı təzyiq göstərməsinə dair iddiaları rədd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.