Dünya

Qadın müştərilər taksi sürücüsünü öldürdülər

29 Mart 2021 15:09
Baxış: 1 272
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın paytaxtı Vaşinqtonda taksi sürücüsü müştərilər tərəfindən öldürülüb.  

Milli.Az unikal.org-a istinadən bildirir ki, pakistanlı Məhəmməd Ənvəri taksiyə iki qadın mindirib.  Ərazidən uzaqlaşdıqdan sonra qadınlardan biri silahla sürücüyə hədə-qorxu gələrək maşını tərk etməyi əmr edib.  Bu zaman sürücü ilə qadınlar arasında mübahisə  yaranıb.  Silahlı qadın pakistanlını başından vuraraq qətlə yetirib. Maşın işıq dirəyinə çırpılıb. Qadınlar hadisə  yerini tərk ediblər.

Vaşıqton polisi qadınların izinə düşüb. Onlar qısa zamanada saxlanılıb. Cinayəti etiraf edən qadınlar  sürücüdən pul ala bilməyincə öldürdüklərini etiraf ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.