Rusiyanın Samara vilayətində azərbaycanlı sahibkarı aldadan şəxsin məhkəməsi olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycandan olan sahibkara qarşı fırıldaqçılıqda təqsirləndirilən yerli sakinə 1 il 6 ay müddətinə icbari iş cəzası verilib.
İstintaq materiallarına əsasən, 2016-cı ildə Samara sakini azərbaycanlı iş adamı ilə dəyəri 1,087 rubl (təxminən 25 min manat) olan 16 tondan artıq nar almaq barədə saziş imzalayıb. Lakin aldığı malın haqqını ödəməkdən imtina edib.
Milli.Az