Dünya

Kamçatkada bir sutkada 4 dəfə zəlzələ baş verib

22 Mart 2021 10:27
Baxış: 531
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kamçatkanın şərq sahillərində, Berinq adası ərazisində - Aleut rayonunun Nikolskoye kəndindən 166 kilometr məsafədə 5.4 bal gücündə zəlzələ olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. 

Zəlzələnin episentri 54 kilometr dərinlikdə qeydə alınıb. 

Sonra ardıcıl olaraq 4.8, 4.1 və 3.9 bal gücündə daha 3 zəlzələ baş verib. 

Növbəti yeraltı təkanlar Severo-Kurilskdən 196 kilometr, Ust-Kamçatsk kəndindən 23 kilometr və Berinq adasından 164 kilometr məsafədə meydana gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.