Dünya

Özbəkistanda Novruz şənlikləri keçirilməyəcək

18 Mart 2021 08:34
Baxış: 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistanda yeni növ koronavirus pandemiyasına görə Novruz bayramı münasibətilə rəsmi şənliklər keçirilməyəcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, müvafiq qərar Özbəkistanın Baş naziri Abdulla Aripovun sədrliyi altında Koronavirusla Mübarizə üzrə Xüsusi Respublika Komissiyası tərəfindən qəbul edilib.

Ölkədə Novruz bayramı münasibətilə rəsmi şənliklər 1991-ci ildən etibarən ilk dəfə olaraq 2020-ci ildə pandemiyanın qarşısının alınması üzrə tədbirlər çərçivəsində keçirilməyib. Novruz bayramı keçən il olduğu kimi, bu il də evdə qeyd olunacaq.

Qeyd edək ki, indiyədək Özbəkistanda koronavirusa 80 858 yoluxma qeydə alınıb, 622 xəstə dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.