Dünya

Yaponiyaya Filippindən gəlmiş şəxsdə koronavirusun yeni ştammı aşkar edilib

13 Mart 2021 20:18
Baxış: 622
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yaponiyaya fevralda Filippindən gəlmiş kişidə koronavirusun yeni ştammı aşkar edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Kyodo agentliyi Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə istinadla məlumat yayıb.

Bildirilir ki, bu ştamm əvvəllər koronavirusun Böyük Britaniya, Cənubi Afrika Respublikası və Braziliyada aşkar edilmiş mutasiyaları qədər təhlükəlidir.

Xatırladaq ki, koronavirusun Böyük Britaniya ştammı aşkar edildikdən sonra Yaponiyada dünyanın bütün ölkələrinin və regionlarının vətəndaşlarına viza verilişi dayandırılıb. Bu qadağa ötən il dekabrın 28-də qüvvəyə minib. İlkin olaraq, onun yanvarın sonunadək qüvvədə olması nəzərdə tutulsa da, sonradan bu müddət fövqəladə vəziyyət rejimi ilə birlikdə martın 21-dək uzadılıb.

Qeyd edək ki, son məlumatlara görə, Yaponiyada ümumilikdə koronavirusa yoluxanların sayı 445 min nəfəri ötüb. Onlardan 8,4 mininin həyatını itirdiyi qeyd edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.