Dünya

İrlandiya İranda səfirlik açmaq istəyir

8 Mart 2021 09:45
Baxış: 776
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrlandiya Xarici İşlər naziri Simon Kouveni İranlı həmkarı Məhəmməd Cavad Zəriflə bazar günü Tehranda baş tutan danışıqlar zamanı ölkəsinin 2023-cü ildə İranda səfirlik açmaq niyyətini təsdiqləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əldə edilmiş razılaşmalara görə, İrlandiya hökuməti İranda səfirlik açmaq üçün mərhələli şəkildə addımlar atacaq.

Qeyd edək ki, görüş çərçivəsində tərəflər, həmçinin, ikitərəfli problemləri, Yaxın Şərq bölgəsindəki vəziyyəti və nüvə razılaşmasını müzakirə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.