Dünya

Lukaşenko böyük oğlunu işdən çıxardı

2 Mart 2021 09:33
Baxış: 1 677
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belarus Prezidenti Aleksandr Lukaşenko böyük oğlu Viktoru özünün milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət başçısının mətbuat xidməti bildirib ki, Viktor Lukaşenko seçkili vəzifəyə keçidlə əlaqədar Belarus Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad edilib.

"Dövlət başçısı Aleksandr Lukaşenko müvafiq Fərmanı fevralın 26-da imzalayıb", - mətbuat xidməti tərəfindən yayımlanmış məlumatda deyilir.

Qeyd edək ki, Viktor Lukaşenko fevralın 26-da Belarusun Milli Olimpiya Komitəsinin prezidenti seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.