Dünya

Konqoda naməlum xəstəlikdən 15 nəfər ölüb

2 Mart 2021 08:03
Baxış: 469
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Konqo Demokratik Respublikasının qərbində həkimlər son həftələrdə yaşı 60-80 aralığında olan 15 nəfərin naməlum xəstəlikdən öldüyünü bildiriblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Kvanqo əyalətinin Qubernatoru Cin-Marie Petit deyib ki, ölüm səbəbi müəyyənləşdirilməyib: "Xəstəlik baş ağrısı ilə başlayır, sonra bədəndə ağrı hiss olunur....".

Qeyd edək ki, xəstəliyin yayılma mərkəzi Anqola ilə sərhəddə yerləşən Kasonqo Lunda bölgəsidir. İlk yoluxmuş şəxs fevralın əvvəllərində müəyyən edilib. Ölənlərdən götürülən toxuma nümunələri tədqiqat üçün ölkənin paytaxtı Kinşasadakı araşdırma mərkəzlərindən birinə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.