Dünya

Tanınmış aktyor "təcavüz" maddəsi ilə istintaqa cəlb edildi

24 Fevral 2021 10:46
Baxış: 1 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransız aktyor Jerar Depardyenin "təcavüz" və "cinsi təcavüz" maddələri ilə istintaqa cəlb olunduğu ortaya çıxıb. 

Milli.Az unikal.org-a istinadən bildirir ki, 72 Jerarın istintaqa cəlb edilməsinə səbəb 16 yaşlı yeniyetməyə "təcavüz" və "cinsi təcavüz" ittihamları bildirilib. Belə ki,  2018-ci ildə 16 yaşlı qıza təcavüz edən aktyor barəsində Fransa məhkəməsi qərar çıxardıb.  Hakim qarşısına çıxan Jerar günahsız olduğunu bildirərək, sərbəst buraxılıb.  

Lakin 2021-ci ilin yanvarında təcavüzə məruz qalan 22 yaşlı qız yenidən məhkəməyə müraciət edib. Fransa məhkəməsi əldə etdiyi dəlillərə görə, aktyor istintaqa cəlb edilib. 

Qeyd edək ki,  fransız komediyan ustası, aktyor Jerar Depardye bir müddət əvvəl Rusiya Federasiyasının vətəndaşlığını qəbul edib.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.