Dünya

İlkin beynəlxalq axtarışa verildi - SƏBƏB

17 Fevral 2021 11:54
Baxış: 3 895
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya hüquq-mühafizə orqanları terrorçuluqda təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, Sumqayıt şəhərində doğulan, 26 yaşlı İlkin Məlikov qanunsuz olaraq partlayıcı qurğuları əldə etmə, terrora dəstək və mütəşəkkil bir qrup tərəfindən törədilən terror aktına hazırlıqda təqsirli bilinir.

Onun barəsində dövlətlərarası axtarış qərarı çıxarılıb və saxlanılması üçün İnterpola müraciət edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.