Dünya

ABŞ-ın daha bir ştatında ölüm hökmü ləğv edildi

6 Fevral 2021 09:19
Baxış: 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Virciniya Baş Məclisi ölüm hökmünün ləğvi üçün qanun layihəsini təsdiq edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ştatın qanunverici orqanının mətbuat xidməti "Twitter" hesabında məlumat yayıb.

Nümayəndələr Palatasında (alt palata) keçirilən səsvermə zamanı deputatlardan 57-si ölüm hökmünün ləğvinə, 41-i isə əleyhinə səs verib. Senatda sözügedən qanun layihəsini bir gün əvvəl qəbul edildiyi bildirilib.

Qeyd edək ki, qanun layihəsi ştatın qubernatoru Ralf Nortam tərəfindən imzalandıqdan sonra, Virciniya ABŞ-ın ölüm hökmünü ləğv edən 23-cü ştatı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.