Dünya

Toyota rekord vurmaq istəyir

4 Fevral 2021 08:42
Baxış: 1 294
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın aparıcı avtomobil istehsalçısı "Toyota Motor" şirkəti 2021-ci ildə 9,2 milyon ədəd avtomobil istehsal etməyi planlaşdırır. Bu da müfaviq göstərici üçün rekord olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bəyan edilmiş istehsal həcmi avtomobil istehsalçısının 2020-ci ildə əldə etdiyi göstəricilərdən 17 faiz çox olacaqdır. Vurğulanıb ki, istehsal həcmindəki artım Yaponiya, Çin, ABŞ və Avropa bazarlarında avtomobillərə gözlənilən tələbatın bərpası ilə əlaqələndirilir.

Yanvarın 28-də Toyota 2020-ci ildə 9,53 milyon avtomobil satıldığını qeyd edilən hesabat yayımlayıb. Beləliklə, Yaponiya avtomobil istehsalçısı digər avtomobil şirkətləri arasında bu göstəricidə lider oldu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.