Dünya

Bu ay Latın Amerikası ölkələri 35 milyon doz vaksin alacaq

3 Fevral 2021 21:25
Baxış: 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pan Amerika Sağlamlıq Təşkilatı (PAST) fevralın ikinci yarısından etibarən ilk mərhələdə 36 ölkəyə, xüsusən Venesuela və Braziliyaya 35,3 milyon doz "AstraZeneca" vaksini göndərəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "AstraZeneca" vaksini yaxın günlərdə təcili istifadə edilməsi üçün razılığın alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nəzərdən keçirilir. Bununla belə, vaksinlərin sayı və çatdırılma cədvəli fövqəladə hallarda istifadə etmə siyahısına daxil etmə proseduru, PAST və UNICEF istehsalçıları arasında razılaşmaların əldə edilməsindən asılıdır.

PAST bildirir ki, Şimali və Cənubi Amerika ölkələri, xüsusən də onlardan ən kasıbları ciddi tibbi, iqtisadi və sosial böhran yaşayırlar, bu da vaksinasiyanı koronavirusla təcili mübarizədə ümidverici addım edir. Təşkilatın bəyanatında Amerika bölgəsində təxminən 500 milyon insanın immunlaşdırılmasının lazım olacağı qeyd edilir. Bildirilir ki, məqsəd COVID-19-un ən ağır formalarına yoluxma riskinin ən yüksək səviyyədə olanlarını qorumaq üçün hər ölkədə əhalinin ən az 20 faizinə peyvənd vurmaqdır. 36 ölkədən 10-u iqtisadiyyatları və əhalisinin sayı nəzərə alınmaqla COVAX vasitəsilə pulsuz vaksin alacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.