Ermənistan

Ermənistan və Türkiyə arasında görünməmiş müsbət dialoq qurulub - Paşinyan

27 Sentyabr 2025 22:35
Baxış: 1 398
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, son illər Ermənistan və Türkiyə arasında görünməmiş müsbət dialoq qurulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı deyib. O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşləri müntəzəmdir və davamlı olaraq artan səviyyədədir.

"Mən bu nailiyyəti yüksək qiymətləndirirəm və əminəm ki, bu, yaxın gələcəkdə Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulması və dövlətlərarası sərhədlərin tam açılması kimi müsbət nəticələr verəcək", - deyə Paşinyan əlavə edib. O, bildirib ki, iki ölkə arasında sərhədlərin açılması TRIPP layihəsinə müsbət təsir edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.