Siyasət

ABŞ Cənubi Qafqazda daimi sülhün möhkəmlənməsi üçün səylərini davam etdirəcək - Səfirlik

27 Sentyabr 2025 19:20
Baxış: 349

ABŞ Cənubi Qafqazda daimi sülhün möhkəmlənməsi üçün səylərini davam etdirəcək.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyinin "X" sosial şəbəkəsində 27 sentyabr - Anım Günü ilə bağlı paylaşımında bildirilib.

"Azərbaycanın Anım Günündə on illərlə davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıları xatırlayırıq. Avqustun 8-də Vaşinqtonda biz Cənubi Qafqaz üçün yeni bir mərhələnin başlanğıcını gördük və Amerika Birləşmiş Ştatları bu bölgədə daimi sülhün möhkəmlənməsi üçün səylərini davam etdirəcək. Amerika Birləşmiş Ştatlarının Səfirliyi yaxınlarını itirmiş azərbaycanlılara və onların ailələrinə ən dərin hüznlə başsağlığı verir", - deyə qeyd olunub.

Milli.Az
 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.