“Kupça” ala bilməyən şəxslərin NƏZƏRİNƏ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi hallarda vətəndaşlar onlara məxsus olan əmlaklara "kupça", yəni çıxarış almaqda çətinliklərlə üzləşirlər. Belə vəziyyətlərdə əmlakın qeydiyyatı mümkün olmur və vətəndaşlar rəsmi mülkiyyət hüquqlarını tam şəkildə təsdiq edə bilmirlər.
Vəkil Amid Əsgərov Milli.Az-a açıqlamasında bildirib ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanununun 8-ci maddəsində qeyd edilib:
"Çıxarış daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəddir. Vətəndaşların daşınmaz əmlaka dair çıxarış ala bilməmələrinin səbəbləri əmlakın növündən, yerləşdiyi torpaq sahəsinin kateqoriyasından, torpaq sahəsinin mülkiyyət növündən asılı olaraq dəyişir".
A.Əsgərov qeyd edib ki, əksər hallarda buna səbəb tələb olunan müvafiq sənədlərin olmamasıdır:
"Daha çox rast gəlinən problemlərə misal olaraq, fərdi yaşayış evləri ilə bağlı torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması və ya torpaq sahəsinin kateqoriyasının fərdi yaşayış evinin tikintisi üçün uyğun olmamasını; hündürmərtəbəli yaşayış binaları ilə bağlı isə mənzilin yerləşdiyi yaşayış binasının istismara yararlığını təsdiq edən istismara qəbul aktının (və ya istismara icazə sənədi) olmamasını qeyd etmək olar.
Hər bir halda vətəndaşlara torpaq sahəsi, fərdi yaşayış evi və ya mənzil alarkən ilk növbədə həmin daşınmaz əmlaka dair müvafiq hüquqmüəyyənedici sənədlərin olub-olmamasını araşdırmaq və rəsmi qaydada alqı-satqı etmək tövsiyə olunur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ABŞ və Avropada qiyamət hazırlığı: fövqəladə vəziyyət ləvazimatlarına tələbat 450 faiz artıb
-
Acun Ilıcalı nəvələri ilə - (Foto)
-
Laminat parket tarixə çevrilir - yeni alternativlər
-
Milli Qəhrəmanın oğlu qəzaya düşdü
-
İnstaqramda hekayələr üçün yeni funksiya
-
Türkiyə dünyada ilkə imza atdı: "Kızılelma" silahlanmaya daxil oldu
-
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib
-
Mertin yeni serialının yayım tarixi açıqlandı
-
Tbilisidə binada partlayış - 6 nəfərin meyiti çıxarılıb - Yenilənib
-
Xəzər sahilində olan hansı obyektlər söküləcək? - (Video)
-
Qarakənd faciəsindən 35 il ötür
-
Günün qoroskopu: Məsuliyyətin və zəhmətin nəticə verdiyi dövrdəsiniz
-
Ağdamın işğaldan azad edilməsindən 6 il ötür
-
Təbrizdə azərbaycanlı hakim və ailə üzvlərinin qətl səbəbi məlum olub - (Foto)
-
“Azərbaycanla sülh müqaviləsi bir neçə gün ərzində imzalana bilər” - Simonyan
-
Azerbaijan Fashion Week: moda və kino arasında yaradıcı körpü - (Foto)
-
Super Liqada ulduzları geridə qoydu: zirvədəki ad təəccübləndirdi - (Foto)
-
Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından görüntülər paylaşıb - (Foto)
-
“Şevket” illər sonra - (Foto)
-
Mehmet Günsür və Devrim Özkan orqanlarını bağışladılar - (Foto)
-
Badamdarda sakinlərin təxliyəsi başladı - Yenilənib
-
Azərbaycan və Vyetnam bir sıra sənədlər imzalayacaqlar - (Video/Foto)
-
“RX Sərdaroğulları Holdinq”in direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
-
Qvardiola Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi olmaqdan imtiha etdi





