Təbii şərbət: Bu çay öskürəyi, bəlğəmi və boğazdakı mikrobları sürətlə aradan qaldırır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fəsil dəyişiklikləri zamanı öskürək, xırıltı, bəlğəm və boğaz iltihabları bir çox insanda narahatlığa səbəb olur. Soyuqdəymə və qrip dövründə təbii bitki çayları həm əlamətləri yüngülləşdirməkdə, həm də immuniteti gücləndirməkdə mühüm rol oynayır.
Mütəxəssislər bildirirlər ki, zəncəfil, sarımsaq və limon qabığı ilə hazırlanmış bu çay tənəffüs yollarını rahatladır, boğazdakı mikrobları azaldır və bəlğəmi yumşaldaraq çıxarılmasını asanlaşdırır. Bu çay müntəzəm içildikdə təbii bir öskürək siropu kimi təsir edir.
Tərkibindəki əsas güclü maddələr
Zəncəfilin tərkibindəki gingerol maddəsi iltihabəleyhinə təsir göstərir. Boğazı yumşaldır, qıcıqlanmanı azaldır və isti içkilərlə birlikdə öskürəyin azalmasına kömək edir.
Sarımsağın tərkibindəki allicin maddəsi antibakterial və antiviral xüsusiyyətlərə malikdir. Bu, soyuqdəymə və öskürək zamanı orqanizmin müdafiə sistemini gücləndirir, tənəffüs yollarını təmizləyir.
Limon qabığı C vitamini, flavonoidlər və antioksidantlarla zəngindir. İmmuniteti gücləndirir, seliyi duruldur və bəlğəmin atılmasını asanlaşdırır. Limonun öskürək və boğaz problemlərinə faydası uzun illərdir tanınır.
Lazım olanlar:
1 kiçik dilim təzə zəncəfil (1-2 sm)
1-2 diş sarımsaq
1 çay qaşığı rəndələnmiş limon qabığı
1 stəkan isti su
(İstəyə görə) bal və ya limon suyu
Hazırlanması:
Zəncəfil və sarımsağı doğrayın və ya rəndələyin.
Limon qabığını əlavə edin.
Üzərinə bir qədər soyumuş qaynar su əlavə edin və 5-10 dəqiqə dəmləyin.
Süzün və istəsəniz, bal və ya limon suyu əlavə edərək dadlandıra bilərsiniz.
Bu çayı gündə 1-2 dəfə içmək boğazı sakitləşdirir, öskürəyi və bəlğəmi azaldır, tənəffüsü rahatlaşdırır.
Uşaqlar, hamilə qadınlar və xroniki xəstəliyi olan şəxslər bu çayı içməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Sarımsağın həddindən artıq qəbulu mədə həssaslığına səbəb ola bilər.
Bu çay öskürək simptomlarını azalda bilər, lakin virus və ya ciddi infeksiya hallarında mütləq həkimə müraciət edilməlidir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
-
30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? – Vacib tövsiyələr
-
Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı
-
Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
-
İş günündən əvvəl hansı hərəkətlər faydalıdır?
-
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
XƏBƏR LENTİ
-
"Fənərbağça"da 2 futbolçu "Şaxtyor"la oyunu buraxacaq
-
Sabah hava kəskin dəyişəcək: Bakıya yağış, rayonlara qar yağacaq
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto)
-
Təyyar Bayramovun 50 illik yubileyinə həsr olunmuş konsert keçirilib - (Foto)
-
Mətbuat Şurası mediaya çağırış etdi
-
Hacı Nuranın səhhəti pisləşdi: Əməliyyat olunacaq
-
Güləşçimizə ağır cəza: Qanında qadağan olunmuş maddə tapıldı
-
“Barselona” Bakını dünyaya belə göstərdi - (Video)
-
Daha 90 mənzil satışa çıxarılır: Aylıq ödəniş 445 manatdan başlayır
-
Nazirlikdən əhaliyə xəbərdarlıq: Sabah bu təhlükələr gözlənilir
-
Azərbaycan muğamı Pakistan səhnəsində böyük rəğbətlə qarşılanıb - (Foto)
-
Məşhur aktyor xanımı Dua Lipanı Nesrin Cavadzadə ilə səhv saldı - (Video)
-
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - (Foto)
-
Diabet xəstələrinə şad xəbər: Yeni təminat qaydaları təsdiqləndi
-
Sürücülər bu hərəkətə görə 50 manat cərimələnəcək
-
Baş həkim işdən azad olundu
-
“Barselona”nın Bakı səfərindən ilk görüntülər yayıldı - (Video)
-
Bakıda 29 yaşlı oğlan küçədə öldü
-
Çinarə Məlikzadənin gizli istedadı üzə çıxdı – (Video)
-
Azərbaycanda gənclərin hərbi hazırlığı ilə bağlı yeni qərar
-
PSJ yeni formasını təqdim etdi
-
Qışda sürücüləri hansı təhlükələr gözləyir? - Əyləc məsafəsi iki dəfə arta bilər
-
Bir gecədə 4 qadınla evlənən ərəb – Üz ifadəsi diqqət çəkdi - (Video)
-
Ramiz Mehdiyevin kürəkəni məhkəmədə hakimdən nə xahiş edib?





