Dünya

Azərbaycan və Gürcüstan arasında bu sahədə müqavilə bağlanacaq

3 Fevral 2021 18:24
Baxış: 796
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ilə görüşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tanışlıq məqsədi ilə keçirilən görüş zamanı İrakli Qaribaşvili azərbaycanlı diplomatı səfir təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Görüşdə Gürcüstan və Azərbaycan arasındakı dostluq və strateji münasibətlər müzakirə olunub. Tərəflər  həmçinin hər iki ölkənin Müdafiə nazirlikləri arasında əməkdaşlığın müsbət dinamikasını müzakirə edib. Görüş zamanı müdafiə sahəsində əməkdaşlıq haqqında müqavilə bağlanması və hərbi təhsil sahəsindəki əlaqələrin əhəmiyyəti də müzakirə edilib. Görüşün sonunda Müdafiə naziri azərbaycanlı həmkarını Tbilisidə qonaq edəcəyinə ümid etdiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.