Dünya

Zelenski: “ABŞ-ı demokratiya rəmzi kimi qəbul etmək çətin olacaq”

1 Fevral 2021 15:03
Baxış: 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kapitolidə baş verən iğtişaşlardan sonra dünya üçün ABŞ-ı demokratiya rəmzi kimi qəbul etmək çətin olacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Mən düşünürəm ki, bu, ABŞ demokratiyasına güclü zərbə oldu. Biz ABŞ-da ideal demokratik institutların olmasına, hakimiyyətin dinc yolla, döyüşlər, inqilablar olmadan bir prezidentdən digərinə ötürülməsinə alışmışıq", - V.Zelenski bildirib.

Onun sözlərinə görə, ABŞ-da belə bir hadisənin baş verə biləcəyini heç kim gözləməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.