Dünya

Bu rəsm əsəri 92 milyona satıldı

30 Yanvar 2021 13:54
Baxış: 631
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyalı rəssam Sandro Bottiçellinin "Medal saxlayan gəncin portreti" adlı rəsm əsəri Nyu-Yorkda keçirilən hərracda 92,2 milyon dollara satılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Bottiçellinin nə vaxtsa hərracda nümayiş etdirilən ən bahalı rəsm əsəri olub. Daha əvvəlki sahibi onu 1982-ci ildə 1,3 milyon dollara almışdı. "Sotheby's"in əməkdaşı Corc Uokter rəsmi İntibah dövrünün ən yaxşı qorunub saxlanılan və nəfis klassik portretlərindən biri adlandırıb.

"The Wall Street Journal"ın yazdığına görə, sənət əsərini rusdilli kolleksiyaçı alıb. Rəsm əsəri ilkin olaraq 80 milyon dollara yaxın qiymətləndirilmişdi

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.