İtaliyalı rəssam Sandro Bottiçellinin "Medal saxlayan gəncin portreti" adlı rəsm əsəri Nyu-Yorkda keçirilən hərracda 92,2 milyon dollara satılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Bottiçellinin nə vaxtsa hərracda nümayiş etdirilən ən bahalı rəsm əsəri olub. Daha əvvəlki sahibi onu 1982-ci ildə 1,3 milyon dollara almışdı. "Sotheby's"in əməkdaşı Corc Uokter rəsmi İntibah dövrünün ən yaxşı qorunub saxlanılan və nəfis klassik portretlərindən biri adlandırıb.
"The Wall Street Journal"ın yazdığına görə, sənət əsərini rusdilli kolleksiyaçı alıb. Rəsm əsəri ilkin olaraq 80 milyon dollara yaxın qiymətləndirilmişdi
Milli.Az