Dünya

20 Yanvar faciəsi Kolumbiya mətbuatında

19 Yanvar 2021 11:04
Baxış: 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kolumbiyanın nüfuzlu "El Expediente" xəbər portalında köşə yazarı Roberto Trobaxonun 20 Yanvar faciəsinə həsr edilmiş "Qara yanvar" sərlövhəli yazısı dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən Milli.Az-a bildirilib ki, yazıda Ermənistanın ərazi iddiaları ilə bağlı sovet rejiminin ədalətsiz mövqeyinə qarşı dinc şəkildə etiraz edən və Azərbaycanın müstəqilliyini tələb edən Bakı sakinlərinin üzərinə Sovet İttifaqının o zamankı rəhbəri Mixail Qorbaçovun göstərişi ilə qoşun göndərildiyi və bu zaman çoxlu sayda mülki azərbaycanlının, o cümlədən qadın və uşaqların qətlə yetirildiyi qeyd olunur.

Müəllif Human Rights Watch təşkilatının "Azərbaycanda Qara Yanvar" adlı hesabatından sitat gətirərək sovet qoşunlarının mülki azərbaycanlılara qarşı qeyri-mütənasib güc tətbiqinin kollektiv cəzalandırma olduğunu və bunun digər sovet respublikaları üçün də xəbərdarlıq məqsədi daşıdığını bildirir.

Sonda bütün bu qəddarlıqlara baxmayaraq, Azərbaycan xalqının haqlı mübarizəsindən əl çəkmədiyi və öz müstəqilliyinə nail olduğu deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.