Dünya

İtaliyada mafiya üzərində böyük məhkəmə prosesi start götürüb

13 Yanvar 2021 18:09
Baxış: 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada mafiya üzərində son onilliklərin ən genişmiqyaslı məhkəmə prosesi start götürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, prosesdə "Ndrangeta" mafiyasına bağlı 355 nəfər müttəhim qismində iştirak edəcək.

Bu gün başlayan məhkəmə prosesinin iki ilə yaxın davam edəcəyi gözlənilir.

Prosesdə 900-dən çox şahid dindiriləcək, müttəhimlərin hüquqlarını 600-dən çox vəkil müdafiə edəcək. İrəli sürülən ittihamlar arasında qətl, narkotik qaçaqmalçılığı, çirkli pulların yuyulması, şantaj da yer alır.

İlkin məhkəmə iclasında müttəhimlərin adlarının sadalanması 3 saata yaxın davam edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.