Britaniya uyğurlara görə Çinlə ticarət qaydalarını sərtləşdirəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Böyük Britaniya hökuməti Sincan Uyğur bölgəsində istehsal olunan malların tədarük zəncirinə girməsinin qarşısını almaq üçün şirkətlərə yeni qaydalar tətbiq edəcək.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Dominik Raab məcburi əməklə bağlı iddialara Londonun cavabının sərtləşdirilməsi ilə bağlı parlamentdə çıxışı zamanı bildirib.
D. Raab Sincan Uyğur bölgəsində müsəlman uyğurların məcburi əməyə cəlb olunması ilə bağlı dəhşətli dəlillərin olduğunu vurğulayıb.
Britaniyalı nazir qeyd edib ki, onun ölkəsi Sincan Uyğurla əlaqəsi olan məhsulları almamaqda qərarlıdır.
Nazir bir milyondan çox uyğurun xüsusi düşərgələrdə saxlanılması, onların məcburi əməyə cəlb olunması və uyğur qadınlarının zorla sonsuzlaşdırılması barədə geniş məlumat verib.
"Biz daha çox iş görməliyik və bunu edəcəyik", - deyə o bildirib.
D. Raab deyib ki, Britaniya məhsulların mənbələrinə dair məlumatlar üçün daha ciddi qaydalar yaradacaq, Müasir Köləlik Qanununu sərtləşdirməklə və cərimələr əlavə etməklə satınalma qaydalarına riayət etməyən bütün şirkətləri dövlət müqavilələrindən kənarlaşdıra biləcək və Sincan Uyğurdan ixrac olunma ehtimalı olan məhsullarla bağlı araşdırma başladacaq: "Görüləcək addımları bir araya gətirən bu paket vasitəsilə heç bir Britaniya təşkilatı, dövlət və ya özəl sektor Sincanda uyğurlara və ya digər azlıqlara qarşı qəsdən və ya səhvən insan hüquqları pozuntularından qazanc əldə etməyəcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)





