Yanvarın 7-də Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 6 erməni hərbçinin meyiti Hadrut ərazisində tapılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, axtarışların Əsgəran, Hadrut və Cəbrayıl istiqamətlərində aparıldığı, axtarış prosesində xilasetmə qrupları ilə birlikdə itkin düşmüş əsgər və könüllülərin valideynlərinin də iştirak etdiyi qeyd olunub.
Milli.Az