Dünya

London məhkəməsi Assanjı ABŞ-a verməkdən imtina etdi

4 Yanvar 2021 20:10
Baxış: 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WikiLeaks"in təsisçisi Culian Assancın ABŞ-a ekstradisiyası britaniyalı hakim tərəfindən rədd edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün Britaniyanın "Old Bailey" məhkəməsində Culian Assancın ABŞ-a ekstradisiyası ilə bağlı məhkəmə keçirilib. Hakim Vanessa Baraitser C.Assancın ekstradisiya olunacağı təqdirdə intihar edə biləcəyindən qorxduğu üçün ABŞ hökumətinin ekstradisiya tələbini rədd etdiyini söyləyib.

O bildirib ki, Culian Assanc ABŞ-a ekstradisiya edilə bilməz. ABŞ hökuməti isə qərardan apelyasiya şikayəti verəcəyini bildirib.

Xatırladaq ki, Culian Assanc ABŞ tərəfindən espionaj və hökumət kompüterlərindən məlumat sızdırmaq səbəblərindən 18 ittiham üzrə axtarışdadır. Bu ittihamlara görə, C.Assanc ABŞ-a ekstradisiya edilsə,  175 illik həbs edilə bilər. Culian Assanc hazırda Britaniyada Belmarş həbsxanasında saxlanılır. O, 2012-ci ildə Londondakı Ekvador səfirliyindən siyasi sığıncaq almışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.