Dünya

Boris Consonun atası Fransa vətəndaşlığı almaq üçün müraciət edib

2 Yanvar 2021 11:42
Baxış: 904
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın baş naziri Boris Consonun atası Fransa vətəndaşlığı almaq üçün müraciət edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, səksən yaşlı Stenli Conson yanvarın 1-də Brexitdən sonra Avropa İttifaqı ilə əlaqələrini davam etdirmək üçün Fransa pasportu almağa qərar verib.

Avropa Parlamentinin sabiq üzvü olan Stenli Conson 2016-cı ildə keçirilmiş referendumda Britaniyanın İttifaqın üzvü kimi qalmasının lehinə səs verib. O bildirib ki, "Anam Fransada anadan olub. Onun anası da tamamilə fransız idi. Beləliklə, bu qərar mənim üçün var olanı geri qaytarmaqdır. Bu da məni çox xoşbəxt edir".

Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması üçün həyata keçirilən Brexit kampaniyasına oğul Conson başçılıq edirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.