Dünya

Fransada son sutkada 26 mindən çox insan koronavirusa yoluxub

1 Yanvar 2021 19:20
Baxış: 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada son sutkada COVID-19 pandemiyasına 26 457 yeni yoluxma və 304 ölüm faktı qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda ölkə xəstəxanalarında 24 560 koronavirus xəstəsi müalicə alır. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan xəstələrin sayı 2652-dir.

Ölkədə pandemiyaya yoluxanların ümumi sayı 2 600 498-ə, ölənlərin sayı isə 64 381-ə çatıb.

Fransada virusun yayılmasının qarşısını almaq məqsədi ilə yanvarın 2-dən komendant saatı əvvəlki kimi yerli vaxtla saat 20:00-da deyil, artıq 18:00-dan başlayacaq. Bəzi mütəxəssislər komendant saatının axşam saat 8-dən 6-ya çəkilməsinin heç bir əhəmiyyəti olmadığını bildirir.

Virusla mübarizə üçün yeni tədbirlərin yaxın günlərdə dəqiqləşdiriləcəyi qeyd edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.