Dünya

Yaponiyaya yağan güclü qar fəsadlar törədib

1 Yanvar 2021 07:11
Baxış: 970
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son günlər Yaponiyada müşahidə edilən güclü qar fəsadlar törədib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, güclü qar nəticəsində aviaşirkətlər Yaponiya daxilində 150-yə yaxın aviareysi təxirə salıb. Həmin reyslərin əsasən, Hönşü adasının şimalı ilə Yapon dənizi sahillərini birləşdirdiyi bildirilir.

Bununla yanaşı, güclü qara görə "Şinkansen" super ekspreslərinin də hərəkətinə məhdudiyyət tətbiq edilib. Yamaqata prefekturası ərazisində qatarların hərəkəti tamamilə dayandırılıb. Eyni zamanda, Kyuşü adasının cənub-qərbində yerləşən magistrallardan birində də hərəkətin dayandırıldığı bildirilir.

Güclü qar nəticəsində İvate prefekturasında bir nəfərin həyatını itirdiyi qeyd edilir. Belə ki, yolun qarını təmizləyən traktorçu idarəetməni itirib və traktor çaya düşüb.

Yaponiyada güclü qarın hələ bir neçə gün davam edəcəyi bildirilir. Sinoptiklərin proqnozlarına görə, yanvarın 2-də səhər Yapon dənizi sahillərinə 1 metr qalınlıqda qar düşəcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.