Dünya

İngiltərə Aİ-dən sonra ilk ticarət razılaşmasını Türkiyə ilə imzalayacaq

28 Dekabr 2020 19:14
Baxış: 623
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 29-da Böyük Britaniya və Türkiyə arasında sərbəst ticarət razılaşması imzalanacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İngiltərənin Ticarət Nazirliyi açıqlama verib. Bildirilib ki, Avrop İttifaqı ilə əldə olunan razılaşmadan sonra sərbəst ticarət razılaşmasının imzalanacağı ilk ölkə Türkiyə olacaq.

İngiltərə ticarət naziri Elizabet Trass Türkiyə ilə imzalanacaq müqavilənin ilkin mərhələdə iki ölkə arasındakı mövcud ticarət şərtlərini qorumağı hədəflədiyini bildirib.

İngiltərədəki istehsal sənayesi, avtomobil və polad sənayesindəki razılaşmanın minlərlə insana etibarlı məşğulluq təmin edəcəyini vurğulayan Trass, "Türkiyə ilə daha iddialı, iki ölkə üçün xüsusi əhəmiyyət daşıyacaq bir ticarət müqaviləsini yaxın gələcəkdə imzalamağa çalışırıq",-deyə qeyd edib.

Türkiyə ilə imzalanacaq müqavilə İngiltərənin "Brexit" sonrası sərbəst ticarət müqavilələri siyahısında ticarət həcminə görə 5-ci sırada yer alacaq.

İki ölkə arasındakı ticarətin maliyyə dəyəri 19 milyard funt-sterlinq olaraq qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.