Dünya

İspaniyada ilk COVID-19 peyvəndi 96 yaşlı qadına vurulub

27 Dekabr 2020 18:31
Baxış: 695
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün İspaniyada COVID-19-a qarşı peyvəndlərin vurulmasına başlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, peyvəndin vurulması dövlət televiziyası TVE tərəfindən canlı yayımlanıb. İlk peyvənd qocalar evinin 96 yaşlı sakininə vurulub.

Peyvənd vurulan Araceli Rosario Hidalgo Sanchez 1924-cü ildə anadan olub və 2013-cü ildən bəri Guadalajaradaki Olmos qocalar evində yaşayır. Onun bir qızı, bir oğlu, dörd nəvəsi var.

O, peyvənddən sonra bunları bildirib:

"Çox yaxşı, təşəkkürlər. Gəlin görək virusun getdiyinə əmin ola biləcəyikmi?".

Bu gün İspaniyadakı digər qocalar evlərindəki tibb bacılarına da peyvənd vurulacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.