Dünya

ABŞ-da üç yaşlı uşaq koronavirus səbəbindən insult keçirib

27 Dekabr 2020 16:15
Baxış: 1 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da üç yaşlı Kolt Perris koronavirusa yoluxma səbəbindən insult keçirib.

Milli.Az APA-ya istinadən bildirir ki, kiçik Kolt Perrisin valideynləri qəfildən körpənin nitqinin pozulduğunu və sağ əlini istifadə edə bilmədiyini görüblər və ciddi narahatlıq keçiriblər.

Bildirilir ki, uşaqdan koronavirus üçün test götürülüb və nəticə pozitiv olub. Ancaq ayıq-sayıq olan həkimlər uşaqda nəyinsə qaydasında olmadığını görüblər və Koltu onda antikorun aşkar edildiyi tibb mərkəzinə göndəriblər. Əlavə müayinə nəticəsində uşağın beynində oksigen çatışmazlığından qaynaqlanan insult nəticəsində yaranmış qan laxtası aşkar ediblər.

Körpəni əməliyyat edən həkim Kamillo Qomez bildirib ki, uşaqda insult, böyük ehtimalla, koronavirus infeksiyasından qaynaqlanıb. Həkim onu da bildirib ki, COVID-19 xəstələrində qan laxtalanmasına meyillilik yüksək olur.

Uşağın beynindəki qan laxtası əməliyyat yolu ilə götürülüb. Balaca Kolt sonrakı müalicə üçün Missuri Universitetinin Qadın və uşaq xəstəlikləri klinikasına göndərilib.

Həkimlər, həmçinin uşaqlarına koronavirus diaqnozu qoyulmuş valideynlərə müraciət edərək, infeksiya zamanı yarana biləcək nitq pozuntusu və ya yeriməklə bağlı problemlərə qarşı diqqətli olmaları barədə xəbərdarlıq da ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.