Dünya

Tokio Olimpiadasının açılış və bağlanış mərasimləri sadələşdirilmiş formatda keçiriləcək

23 Dekabr 2020 23:10
Baxış: 739
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tokioda 2021-ci ildə təşkil ediləcək Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinin koronavirus pandemiyası səbəbindən sadələşdirilmiş formatda keçirilməsinə qərar verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Tokio-2020" Təşkilat Komitəsinin rəsmi saytında məlumat verilib.

Məlumatda qeyd edilib ki, mərasimlər idmançılar və tamaşaçılar üçün gözəl bir bayram olaraq qalacaq.

Tədbirlərin beş nəfərdən ibarət yeni yaradıcı qrup tərəfindən təşkil ediləcəyi, əvvəlki tərkibdən yalnız bir nəfərin - Xiroşi Sasakinin qalacağı bildirib.

Tokio Olimpiadasının 2020-ci ilin yayında keçirilməsi planlaşdırılmışdı və koronavirus pandemiyası səbəbindən bir il təxirə salınıb. Oyunların açılış mərasimi 2021-ci il iyulun 23-də, bağlanış mərasimi isə avqustun 8-də baş tutmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.