Dünya

Daha bir ölkə İngiltərəyə uçuşları bərpa etdi

23 Dekabr 2020 16:34
Baxış: 734
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Niderland daha sürətli yayılan yeni bir koronavirus növünün ortaya çıxmasından sonra Böyük Britaniyaya səyahət məhdudiyyətini ləğv edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İngiltərədən gələn Niderland və Avropa İttifaqı (Aİ) vətəndaşları da daxil olmaqla bütün sərnişinlərin Covid-19 testlərinin mənfi olduğu halda ölkəyə girişinə icazə veriləcək.

Ölkəyə dəniz və ya hava nəqliyyatı ilə gələn sərnişinlərin ən geci 72 saat əvvəl hazırlanmış və koronavirus testinin mənfi olduğunu göstərən sənəd təqdim etmələrinin lazım olduğu qeyd edilib.

Niderland hökümətinin açıqlamasında "mütləq zərurət olmadığı təqdirdə səyahət etməyin" xəbərdarlığı təkrarlanıb və xaricdən gələnlərin 10 gün karantində olmaları vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.