Dünya

İrəvanda etirazçılar hökumət evi binası qarşısında gecələyəcəklər

22 Dekabr 2020 23:41
Baxış: 1 228
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın paytaxtı İrəvanda etirazçıların bir hissəsi hökumət binasının qarşısındakı Respublika meydanında gecələmək qərarına gəlib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu "Daşnaksutyun" partiyasının nümayəndəsi İşxan Sağatelyan bildirib.

"Gecəni meydanda keçirmək istəyənlər üçün şərait yaradılacaq. Sabah səhər Ermənistanın hər yerində kütləvi etiraz və tətillər davam edəcək. Tədbirlərimizi saat 16:00-a qədər davam etdirəcəyik. Saat 16:00-da böyük bir mitinq olacaq və biz də hamımız daha sərt və qəti tədbirlərə keçəcəyik", - İ.Sağatelyan belə deyib.

Onun sözlərinə görə, etirazçılar Baş nazir Nikol Paşinyan istefa verməyincə meydanı tərk etməyəcəklər.

Bildirilirdi ki, etirazçılar Hökumət binasının qarşısında bir neçə çadır qurublar. Müxalifət tərəfdarları binanı mühasirəyə də alıblar. Daha sonra "Daşnaktsutyun" partiyasının nümayəndəsi Geqam Manukyan etirazçıların mühasirəni müvəqqəti olaraq götürdüyünü qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.