Dünya

Türkiyə dünyada analoqu olmayan PUA ilə gəlir - Tarix açıqlandı

21 Dekabr 2020 22:30
Baxış: 1 598
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə daha böyük və ağır sursat daşıyan və havadan havaya raket atma özəlliyi olan yeni pilotsuz uçuş aparatını yaxın zamanda təqdim edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi naziri İsmail Demir danışıb.

"Bir deyim var: köhnə təyyarə yoxdur, baxımsız təyyarə var. Təyyarələrimizin modernizasiyasını aparırıq. Mövcud PUA-larla yanaşı, daha böyük və ağır sursat daşıyan və havadan havaya raket atma özəlliyi olan yeni pilotsuz uçuş aparatları yaxın zamanda hazır olacaq", - İ.Demir bildirib.

O əlavə edib ki, MİUS adlı pilotsuz qırıcı motorlu təyyarə layihəsi də olacaq. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.