Dünya

Çində yanacağın qiyməti bahalaşıb

20 Dekabr 2020 00:45
Baxış: 713
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində avtomobil benzini ilə dizel yanacağının topdan və pərakəndə satış qiyməti artıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bahalaşmaya səbəb dünya bazarında xam neft qiymətlərinin artmasıdır. Komissiyanın qərarına əsasən, dekabrın 18-dən etibarən benzin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 155 yuan (23,7 ABŞ dolları) və 150 yuan (23 dollar) artırılıb. Ölkənin neft emalı və satışı şirkətlərindən yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılması xahiş edilib.

Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.