Dünya

Gürcüstan hökuməti COVID-19-la mübarizə üçün "Remdesivir" preparatı alıb

18 Dekabr 2020 16:49
Baxış: 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan koronavirus xəstələrinin müalicəsi üçün lazım olan "Remdesivir" preparatını alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze məlumat verib.

Onun sözlərinə görə, preparatın ilk partiyası artıq ölkəyə gətirilib. Bu dərmanla, ilk növbədə, ağır xəstələrin müalicəsinə başlanılacaq.

Nazir, həmçinin bildirib ki, Gürcüstanda koronavirusa qarşı peyvəndləmə prosesinin davamlılığını təmin etmək üçün xüsusi işçi qrupu yaradılıb.

Qrupun əsas vəzifəsi peyvəndin vaxtında əldə olunması, ölkə miqyasında həm infrastruktur, həm də logistik baxımından bütün hazırlıq işlərinin həyata keçirilməsini təmin etmək olacaq.

Y.Tikaradze deyib ki, COVID-19-a qarşı peyvəndin 2021-ci ilin mart-aprel aylarında əlçatan olacağı gözlənilir. Hökumətin əldə edəcəyi vaksin Gürcüstan əhalisi üçün ödənişsiz olacaq. Hökumət artıq peyvəndin alınması üçün 18 milyard lari vəsait ayırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.