Dünya

Misir prezidenti tələbələrlə gülləkeçirməz şüşə arxasından görüşdü

17 Dekabr 2020 12:29
Baxış: 973
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misir prezidenti Əbdulfəttah Əs-Sisinin tələbərlə görüşü sosial şəbəkələrin Misir seqmentində böyük müzakirələrə səbəb olub.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Əs-Sisi hərbi akademiyanın tələbələri ilə görüşərkən nitqini gülləkeçirməz şüşənin arxasından söyləyib. Həmçinin tələbələrin ilk sırası ilə prezidentin dayandığı nöqtə arasında 200 metrdən çox məsafə olub.

Gülüş hədəfinə çevrilən Misirv prezidenti sosial şəbəkələrdə qorxaqlıqda ittiham olunub. İstifadəçilər öz hakimiyyətinin gələcək qarantı olacaq hərbçilərdən bu qədər qorxan prezidentin xalqdan daha çox vahimələndiyini yazıblar. "Öz ölkəsinin insanlarından qorxan rəhbər dövləti necə ifadə edə bilər?" - deyə insanlar virtual məkanda narazılıqlarını ifadə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.