Dünya

Qarabağda itkin düşmüş erməni hərbçilərin yaxınları Putindən kömək istəyirlər

14 Dekabr 2020 12:59
Baxış: 1 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müharibədə itkin düşmüş erməni hərbçilərin yaxınları Rusiyanın Ermənistandakı səfirliyinin qarşısına toplaşıblar.

Milli.Az APA-ya istinadən bildirir ki, itkin düşmüş hərbçilərin valideynləri bildiriblər ki, onlar övladlarının tapılması üçün Rusiya Prezidenti Vladimir Putindən kömək istəyirlər.

Səfirliyin önünə toplaşan şəxslər Rusiya səfirinin köməkçisi ilə görüşərək, ona Rusiya Prezidentinə ünvanladıqları məktubu təqdim ediblər.

Qeyd edək ki, itkin düşmüş hərbçilərin yaxınlarına Azərbaycanın nəzarəti altında olan ərazilərdə aparılan axtarış əməliyyatlarında iştirak etməyə icazə verilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.