Dünya

Azyaşlıya sataşan Şaxta baba həbs edilib

11 Dekabr 2020 13:24
Baxış: 972
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikanın ticarət mərkəzlərinin birində fəaliyyət göstərən Santa-Klaus (Şaxta baba) azyaşlı uşağa sataşdığı üşün həbs edilib.

Milli.Az "New York Post"a istinadən xəbər verir ki,  hadisə bir neçə gün öncə Konnektikut Post Mall ticarət mərkəzində Santa Klaus kimi fəaliyyət göstərən 45 yaşlı qaradərili Prins Karter həbs edilib. Polis Şaxta babanı öz qurbanını aldadıb personalın istirahət otağına apararaq orada onu qucaqladığı yerdə yaxalayıb. Zərərçəkənin cinsi kimliyi deyilmir. Şaxta baba cinsi təcavüz və yetkinlik yaşına çatmayan insana zərərvermədə ittiham olunur.

Bundan sonra ticarət mərkəzinin rəhbərliyi Karterə orada peyda olmağı qadağan edib. Şaxta baba 25 min dollar həcmində girov müqabilində  azadlığa çıxa bilər. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.