Dünya

Türkiyədə saxlanılan rus jurnalistlər deportasiya edildilər

8 Dekabr 2020 12:18
Baxış: 1 031
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə saxlanılan Rusiyanın "NTV" kanalının jurnalistləri deportasiya olunublar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən telekanalın Mətbuat xidməti keçən həftə İstanbulda saxlanılan jurnalistlərin Rusiyaya uçduqları barədə məlumat yayıb.

""Mərkəzi Televiziya" proqramının işçiləri olan həmkarlarımız Aleksey Petruşko və İvan Malışkin artıq Moskvadadırlar. Gecə uçuşuyla gəldilər. Hər şey qaydasındadır. Yardımlarına görə Rusiya Xarici İşlər Nazirliyinə, Rusiyanın Ankaradakı səfirliyinə və Rusiyanın Baş konsulluğuna təşəkkür edirik. Əlbəttə ki, bu günlərdə bizi dəstəkləyən KİV orqanlarına da minnətdarıq", - məlumatda qeyd olunub.

Xatırladaq ki, dekabrın 4-də Rusiyanın "NTV" telekanalının müxbiri Aleksey Petruşko, operator İvan Malışkin və Azərbaycan əsilli Türkiyə vətəndaşı Aytac Carçıyeva Türkiyənin İstanbul şəhərində PUA istehsal sahələrinin icazəsiz çəkilişi zamanı saxlanılıblar.

Dekabrın 7-də Baş Prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.