Dünya

Trampın məsləhətçisi seçkilərə təsir göstərməkdə günahlandırılıb

8 Dekabr 2020 08:43
Baxış: 633
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Trampın məsləhətçisi, Ticarət və Sənaye Siyasəti Ofisinin direktoru Peter Navarro siyasi fəaliyyətində qanunu pozmaqda günahlandırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu məqsədlə Müstəqil Xüsusi Prokurorluq Peter Navarronun rəsmi səlahiyyətlərindən istifadə edərək 2020-ci il prezident seçkilərinin nəticələrinə müdaxilə etmək və ya təsir göstərmək üçün qanunu pozduğuna dair bir qərar verib.

Qərara görə, Navarro siyasi şərhlər verməklə 1939-cu il tarixli "Hatch" Aktını pozub.

Qeyd edək ki, bu akt prezident və vitse-prezident xaricində vəzifəli şəxslərin müəyyən siyasi fəaliyyətlərini qadağan edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.