Dünya

Ekvadorda həbsxanada qiyam: 6 nəfər öldü, 7 nəfər yaralandı

7 Dekabr 2020 16:51
Baxış: 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ekvadorda həbsxanada qiyam baş verib, ölənlər var.

Milli.Az APA-ya istinadən bildirir ki, Ekvadorun şimal-qərbindəki Esmeraldas əyalətində yerləşən həbsxanada baş verən qiyamda ən azı altı nəfər ölüb, yeddi nəfər yaralanıb.

Bildirilib ki, toqquşma həbsxanada təsir dairəsi uğrunda mübarizə aparan iki rəqib qrup arasında baş verib. Asayişi bərpa etmək üçün həbsxanaya xüsusi polis qrupları cəlb edilib.

Cəzaçəkmə müəssisəsinin rəhbərliyi bildirib ki, iğtişaşlar zamanı məhkumlar qaçmağa cəhd etməyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.