Dünya

Məşhur hind aktrisası və qızı da koronavirusa yoluxdu

13 İyul 2020 09:43
Baxış: 3 218
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanlı aktrisa Ayşvariya Ray Baççan və səkkiz yaşlı qızı Aradhinin koronavirus testi müsbət çıxıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Baççan ailəsinin yaşadığı Maharaştra ştatının Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Ayşvariya Rayın qayınatası, aktyor Amitabah Baççan, eləcə də aktyor və rejissor olan əri Abhişek Baççan koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Aktrisa bundan sonra test verib.

Hazırda Baççan ailəsinin Mumbay şəhərindəki iqamətgahı bağlanıb, orada yaşayanlar və işləyənlər iki həftəlik karantinə yerləşdirilib.

Hindistanlı fotomodel və aktrisa, "Dünya gözəli - 1994" müsabiqəsinin qalibi Ayşvariya Ray Baççan 46 yaşında olmasına baxmayaraq hələ də dünyanın ən gözəl qadınları reytinqlərində təmsil olunur. O, "Məhəbbət ritmləri", "Devdas", "Codha və Əkbər", "Robot" və başqa filmlərdə çəkilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.