Dünya

“Gürcüstan Dəmir Yolları” SC-nin xərcləri gəlirlərini üstələyib

9 İyun 2020 08:33
Baxış: 1 245
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cari ilin yanvar-mart aylarında "Gürcüstan Dəmir Yolları" SC-nin gəlirləri 23,7 faiz artaraq 122 milyon lari təşkil edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Səhmdar Cəmiyyətin cari ilin birinci rübünün maliyyə hesabatında məlumat verilir.

Bildirilir ki, bununla belə, cari ilin birinci rübündə SC-in xərcləri gəlirləri üstələyib və cəmiyyət 163,5 milyon lari itki ilə üzləşib. İtkilərin əsas mənbəyi valyuta bazarındakı qiymət dəyişikliyi və milli valyutanın dəyərini itirməsi olub.

"Gürcüstan Dəmir Yolları" SC -nin gəlirləri yük daşınmalarından 94,5 milyon lari, logistik xidmətlərdən 13,1 milyon lari, sərnişin daşınmalarından 4,7 milyon lari, vaqonların icarəyə verilməsindən 8,3 milyon lari və digər mənbələrdən 2 milyon lari təşkil edib.

"Gürcüstan Dəmir Yolları" SC-nin gəlirlər 2018-ci illə müqayisədə xeyli artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.