Dünya

ABŞ İrana qarşı neft embarqosunun müddətini uzadıb

6 İyun 2020 07:55
Baxış: 2 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ prezidenti Donald Tramp İrandan neft və neft məhsullarının idxalına tətbiq edilmiş embarqonun müddətini uzadıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə D.Tramp ABŞ dövlət katibi Mayk Pompeo, Energetika Nazirliyi və Maliyyə Nazirliyinə ünvanladığı qərarda bildirib.

D.Tramp qeyd edib ki, ABŞ İrandan başqa digər ölkələrdən "kifayət qədər neft və neft məhsulları" idxal edir, bu isə embarqonun uzadılmasına əsas verir.

Qeyd edək ki, İrandan neft idxalına embarqo ilk dəfə 2012-ci ildə tətbiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.